Dünya üzrə qida təlabatının qarşılanması, həmçinin, digər sənaye sektorlarının inkişafı üçün zəruri olan xammalın təmin edilməsi baxımdan kənd təsərrüfatı məhsulları əvəzsiz rola malikdir. Uzun illərdir davam edən bu tendensiya öz-özlüyündə kənd təsərrüfatı sektorunun inkişafını da sürətləndirərək, yeni əkin üsullarından istifadəni, fərqli növ məhsulların yetişdirilməsini və digər yeniliklərin tətbiqini qaçınılmaz hala gətirib çıxardı. Tarix boyu becərilən kənd təsərrüfatı, bağ və həyətyanı sahələrdə zərərvericilərə, xəstəliklərə qarşı mübarizə fermerlərin qarşılaşdıqları ən böyük çətinliklərdən biri olub. Çünki, müvafiq problemin qarşısı alınmadıqda məhsuldarlıq və keyfiyyət səviyyəsi aşağı düşür, həmçinin, kənd təsərrüfatı məhsulları bazarında məhsul qıtlığı yaranır. Hətta, ziyanlı həşəratlar, gəmiricilər və bakteriyalar tərəfindən ötürülən xəstəliklər bir çox hallarda ölümcül epidemiyalara da səbəb olub. Odur ki, təsərrüfat sahibləri əkin sahələrində sözügedən problemlərin aradan qaldırılması üçün müxtəlif bitki mühafizə vasitələrindən, yəni pestisidlərdən istifadə etməyə başladı. Belə ki, 1940-cı illərin sonunda zərərvericilərə qarşı mübarizə aparmaq üçün bir çox yeni kimyəvi məhsullar bazara daxil oldu. Nəticədə sektorda məhsuldarlıq səviyyəsi əhəmiyyətli dərəcədə artaraq, geniş çeşiddə meyvə, tərəvəz, dənli bitkilər və s. kimi məhsulları istehlakçılar üçün əlçatan oldu. Artıq müasir kənd təsərrüfatlarında zərərvericilərə, xəstəliklərə və ümumilikdə bitkilərin inkişafına mane olan bütün orqanizmlərə qarşı mübarizə metodu olaraq pestisidlərdən istifadə olunur.

 

Pestisid Nədir?

 

Pestisidlər kənd təsərrüfatlarında, həyətyanı və bağ sahələrində zərərvericilərə qarşı mübarizə zamanı istifadə olunan maddələr qarışığını, dərmanları və ya üsulları özündə ehtiva edən ümumiləşdirilmiş addır. Burada zərərverici qismində müxtəlif böcəklər, gəmiricilər, xəstəliktörədici bakteriyalar, alaq otları və ya əkin sahələrinə zərər verə biləcək digər orqanizmlər çıxış edə bilər. Beləliklə, sahələrdə tərəvəzlərin, meyvələrin və digər bitkilərin sağlam yetişdirilməsi və ya yaşayış məskənlərində ətraf mühitin zərərli mikroorqanizmlərdən təmizlənilməsi zamanı pestisidlər köməyə çatır.

 

Pestisid Nə Üçün İstifadə Olunur?

 

Pestisidlərdən bitkiləri, məhsul sahələrini, bağçaları və digər əraziləri ziyanvericilərin zərərli təsirlərindən qorumaq, həmçinin, müxtəlif ekosistemlərin keyfiyyətini və məhsuldarlığını artırmaq üçün istifadə olunur. Təsərrüfatlarda tətbiqi ilə yanaşı, pestisidlərdən şəhər həyatında milçəklərə, müxtəlif həşəratlara və s. qarşı mübarizə zamanı da istifadə olunur.

 

Pestisidin Hansı Növləri Var?

 

Pestisidlər kənd təsərrüfatlarında məhsuldarlıq səviyyəsinin artırılmasında, ətrafda sağlam mühitin yaradılmasında və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında böyük rol oyanyır. Təsərrüfatlara ziyan verən həşəratlara, alaq otlarına, xəstəliklərə qarşı müvafiq olaraq geniş şəkildə istifadə olunan insektisid, herbisid və funqisidlərlə yanaşı pestisidlərin aşağıda qeyd oluann digər növləri də vardır.

 

İnsektisidlər

 

Günümüzdə elə bir əkin sahəsi yoxdur ki, orada zərərvericilərə rast gəlinməsin. Odur ki, bu kateqoriyaya daxil olan həşəratlar qrupu bitkilərdə məhsuldarlığı və keyfiyyəti aşağı salaraq, ümumilikdə inkişafı ləngidir. Beləliklə, fermerlərin zəhməti gözlənilən nəticələrlə sonlanmır. Təsərrüfatlarda bitkilərin inkişafına mane olan zərərverici həşəratlara qarşı tətbiq edilən pestisid növü insektisid olaraq adlandırılır. İnsektisidlər çiləmə, toz şəklində səpmə kimi üsullarla tətbiq oluna bilər. 

 

Təsərrüfatlarda daha çox rast gəlinən ziyanlı həşəratlar və onlara qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik insektisid adları aşağıdakı cədvəldə qeyd olunub.

 

Zərərvericinin adı

Tətbiq olunmalı insektisid adları

İki nöqtəli qırmızı hörümçək

Alopec 1.8 EC

Torpedo EC

Yarpaq qurdu

Avanti

Dagrolint

Kaliforniya çanaqlı yastıcası

Delphia SC

Metatolle oil

Psillid

Mosetam 20 SP

Mostar 20 SP

Siperkor 25 EC

Torpedo EC

Tütün ağqanadlısı

Demond 2,5 EC

Mosetam 20 SP

Siperkor 25 EC

Yarpaq birəsi, yarpaq biti

Dingo 40 EC

Hekvidor 350 SC

Ziyankar bağacıq

Siperkor 25 EC

Fastac

Çanaqlı yastıca

Metatolle oil

Kolorado böcəyi

Hekvidor 350 SC

Mass plant forte 20 SP

 

Herbisidlər

 

Herbisidlər təsərrüfatlarda arzuolunmaz bitki örtüyü olan alaq otlarını hədəf alan pestisid növüdür. Beləliklə, məhsul növünə, torpaq tipinə əsasən sahələrdə yetişdirilən mədəni bitkiləri əhatələyərək, onların inkişafını ləngidən yabanı otları məhv etmək üçün istifadə olunur.

 

Təsərrüfatlarda daha çox rast gəlinən alaq otları və onlara qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik herbisid adları aşağıdakı cədvəldə qeyd olunub.

 

 

Alaq otlarının adları

Tətbiq olunmalı herbisid adları

Tülküquyruğu

Astragil

Cowboy 240 EC

Hələb sorqumu

Fullspeed

Astragil

Çayır

Stomp Aqua

Astragil

Darıcan

Elpis SL

Fullspeed

Knock Out

Astragil

Quşəppəyi

Dagro fins

Stomp Aqua

Qatırquyruğu

Dagro fins

Sirkan

Elpis SL

Fullspeed

Stomp Aqua

Sunamin 500 SL

Vesuper 75 DF

Pıtraq

Sunforce

Elpis SL

Dəlibəng

Elpis SL

 

 

Funqisidlər

 

Funqisidlər təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı bitkilərdə xəstəliktörədici bakteriyalara, mikroorqanizmlərə qarşı mübarizə aparan pestisid növüdür. Tətbiqi sayəsində bitkilərdə inkişaf stimullaşır, meyvələr sağlam, dadlı, rəngləri canlı olur. Vaxtından əvvəl yarpaq və meyvə tökülməsinin qarşısı alınır.

 

Təsərrüfatlarda daha çox rast gəlinən xəstəliklər və onlara qarşı mübarizə zamanı effektiv təsirediciliyə malik funqisid adları aşağıdakı cədvəldə qeyd olunub.

 

 

 

 

Xəstəlik adları

Tətbiq olunmalı funqisid adları

Unlu şeh xəstəliyi

Charisma 80 WG

Fluxia

Kumulus

Toz küf xəstəliyi

Dagro cure 25 WP

Erplant 100 EC

Külləmə

Charisma 80 WG

Dəmgil xəstəliyi

Dagro cure 25 WP

Eumidan Captan

Sarı pas xəstəliyi

Dagro cure 25 WP

Qara ləkə xəstəliyi

Deva bordo

Kingcozeb M-45

Manzeb M-45

Antraknoz xəstəliyi

Eumidan Captan

Manzeb M-45

Erkən yarpaq yanıqlığı

Harvest 25 WP

Kingcozeb M-45

Manzeb M-45

Çürümə xəstəliyi

Hektaş bordo 20 WP

Sürmə xəstəliyi

Thiram Forte 80 WP

 

Rodentisidlər

 

Rodentisidlər sahələrdə müxtəlif bitkilərə zərər toxunduran siçanabənzər gəmiricilərə qarşı mübarizə aparan pestisid növüdür. Müvafiq kateqoriyaya daxil olan ziyanvericilərin törətdiyi zərərin qarşısını almaq üçün təsərrüfatlarla yanaşı, ümumi olaraq şəhər və kənd yerlərində istifadə olunur.

 

Bakterisidlər

 

Bakterisidlər müxtəlif xəstəliklərə səbəb ola biləcək virusyayıcı bakteriyalara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Viruslar son dərəcə sürətlə yayıldıqları üçün əlamətlərin sezildiyi zaman təyinatı üzrə istifadəsi səmərəli olacaqdır.

 

Nematisidlər

 

Nematisidlər bitki köklərinə zərər verə bilən və məhsuldarlığı aşağı salan mikroskopik qurdlar olan nematodları hədəf alır. Bitkiləri nematodların zədələnməsindən qorumaq üçün kənd təsərrüfatında istifadə olunur.

 

Akarisidlər 

 

Akarisidlər ziyanverici gənələrlə mübarizə üçün istifadə olunan pestisid növüdür. Əksərən kənd təsərrüfatlarında rast gəlinən bu həşəratlara qarşı mübarizə aparmaq mövsümü daha bol və keyfiyyətli məhsul yığımı ilə başa vurmaq deməkdir.

 

Pestisidlər Hansı Sahələrdə İstifadə Olunur?

 

Müasir kənd təsərrüfatlarında, həmçinin, tətbiqi zəruri olan digər sahələrdə zərərverici həşəratlara, alaq otlarına və xəstəliklərə qarşı mübarizə məqsədi ilə tətbiq olunan pestisidlərin geniş çeşiddə növlərindən istifadə olunur. Ümumilikdə pestisidlərin istifadə sahələrini aşağıdakı formada qruplaşdırmaq olar:



  • Kənd təsərrüfatları
  • Bağ və meşə sahələri
  • Şampunlar, sabunlar, məişət dezinfeksiyaediciləri
  • Karton və qida qablaşdırmaları, kağız məmulatları
  • Qida saxlama yerləri
  • Balıqçılıq sahələri
  • Dekorativ ərazilər (parklar, bağlar, uşaq meydançaları və s.)
  • Tikinti sahəsi (divar kağızı yapışdırıcıları, boyalar, suvaq və s.)
  • Həyətyanı sahələr və bağçalar
  • Zərərvericilərə qarşı mübarizə zamanı
  • Heyvandarlıq sektoru

 

Pestisidlərin Düzgün İstifadə Qaydaları

 

Pestisidlər sahələrdə ziyanverici həşərat, orqanizm və yaxud xəstəliktörədici bakteriyalara qarşı effektiv mübarizə aparan bitki mühafizə vasitələridir. Səmərəliliyin, faydalılığın, keyfiyyətin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rola sahib olmaqla yanaşı, pestisidlər həddindən artıq istifadə edildikdə və ya düzgün tətbiq edilmədikdə ətraf mühitin çirklənməsinə, insan sağlamlığına zərər gəlməsinə, eləcə də, məhsuldarlığın zəifləməsinə səbəb ola bilər. Odur ki, sözügedən bitki qoruma vasitələrinin düzgün istifadə qaydalarına əməl etmək mütləqdir. 

 

Pestisidlərdən Təyinatı Üzrə İstifadə

 

Yuxarıda qeyd olunduğu kimi pestisidlərin müxtəlif zərərvericilərə, xəstəliklərə qarşı tətbiq edilən fərqli növləri vardır. Hər bir pestisid növünü təyinatı, istifadə norması, tətbiq forması, məhsul növü və s. kimi amilləri əsas götürərək tətbiq etmək səmərəli olacaqdır. Məsələn, gənələrə qarşı istifadə olunan hər hansısa pestisid çeşidi digər zərərli həşəratlara qarşı effektiv təsir göstərməyəcəkdir. Əksinə torpaq sahəsini sıradan çıxara, ətraf mühiti çirkləndirə, hətta insanların və digər canlıların sağlamlığına zərər toxundura bilər. Eyni zamanda məhsuldarlıq və keyfiyyət səviyyəsi də aşağı düşəcəkdir. Odur ki, pestisidlərin kimyəvi maddələr toplusu olduğunu unutmayaraq, mütləq şəkildə təyinatı üzrə istifadə qaydalarına əməl etmək vacibdir.

 

Tətbiq Üçün Düzgün Zamanın və Hava Şəraitinin Seçilməsi

 

Pestisidləri məhsulun üzərində qeyd olunan təlimatlara, yaxud peşəkar aqronomla məsləhətləşərək onun məsləhətinə uyğun günün tövsiyə olunan vaxtında və uyğun hava şəraitində tətbiq etmək məqsədəuyğundur. Pestisidlərin torpaqdan yuyulmasını, bəzi maddələrin buxarlanmasını və s. kimi nüanslara görə tətbiq zamanı hava şəraitini nəzərə almaq önəmlidir. Adətən əksər bitki mühafizə vasitələrinin küləkli və yağışlı hava şəraitində, temperaturun yüksək olduğu vaxtlarda istifadəsi məsləhət görülmür. Bu amilləri nəzərə almadan istifadə edilən pestisidlərin bitkilər üçün faydası olmayacaqdır.

 

Düzgün Saxlama Şəraitinin Təmin Edilməsi

 

Pestisidlər təhlükəsiz yerlərdə, uşaqlardan, ev heyvanlarından və qida məhsullarından kənarda saxlanılmalıdır. Eyni zamanda pestisidləri orijinal qablarında istidən, birbaşa günəş işığından, tez alışan maddələrdən, alovdan uzaq saxlamaq mütləqdir. Unutmaq olmaz ki, bəzi pestisidlərin rəf müddəti az olur və yaxud ümumiyyətlə birdəfəlik istifadə üçün nəzərdə tutulur.

 

Qoruyucu Avadanlıq və Geyimlərdən İstifadə Mütləqdir

 

Əlcəklər, eynəklər, maskalar və qoruyucu geyimlər də daxil olmaqla, məhsul etiketində qeyd olunan müvafiq fərdi qoruyucu vasitələrdən (PPE) istifadə edilməsi mütləqdir. Pestisidlərdən istifadə yekunlaşdıqdan sonra əllər və açıq dəri gigiyenik vasitələrlə yaxşı-yaxşı təmizlənilməlidir.

 

Ətraf Mühitə Zərər Verməməsinə Çalışmaq Lazımdır

 

Tətbiq olunacaq pestisid növündən asılı olmayaraq müvafiq vasitənin təyinata, normaya uyğun tətbiqinə çalışmaq lazımdır. Həddindən artıq tətbiq məhsuldarlığa heç bir fayda toxundurmur. Əksinə torpaq sahələrini sıradan çıxardaraq, ana təbiətin məhvinə, həmçinin, insan orqanizminin bir çox xəstəliklərə yoluxmasına gətirib çıxarır. Su mənbələri, arı pətəkləri və heyvanların yaşayış yerləri kimi həssas ərazilərin yaxınlığında pestisid tətbiqindən qaçınılmalı, mümkün qədər istifadə edilməməlidir. Eyni zamanda pestisidlərin qabları və qalıq məhsulları qaydalara uyğun şəkildə atılmalıdır.

 

Mütəxəssis Dəstəyindən Yararlanmaq

 

Ümumi olaraq pestisidlərin tətbiqi zamanı sahə üzrə peşəkar mütəxəssis dəstəyindən yararlanmaq məqsədəuyğundur. Belə ki, ölkəmizin kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimizə ödənişsiz aqronom məsləhəti xidmətindən yararlanmaq imkanı təqdim edir. Fermerlər 828 qısa nömrəsi və sosial media hesabları vasitəsi ilə müraciətlərini ünvanlaya bilər.

 

Pestisid Satışı


Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı, həmçinin, yaşayış ərazilərində zərərverici həşəratlara, gəmiricilərə, alaq otlarına, xəstəliklərə və s. qarşı effektiv təsirediciliyə malik bitki mühafizə vasitələrini kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon