Dagro fins / 2.4 D amin duzu / Deva Agro / 1 l, l
11 ₼
Məlumat
Məhsul Adı: Dagro Fins
İstehsalçı ölkə: Türkiyə
İstehsalçı Şirkət: Deva Agro
Qablaşma: 1 lt
Məhsul Haqqında:
Buğda və arpada alaq otlarının çıxmasını başa vurduğu dövrdən taxılın becərmə dövrünün sonuna qədər istifadə olunan herbisiddir. Istifadə edərkən ən yaxşı nəticə bitkilərin aktiv inkişaf dövrlərində əldə edilir.
Tətbiqi
“Dagro Fins” herbisidi çobanyastığı, daş kəsən ot, dovşan çörəyi, durna otu, ərəb paxlası kimi alaq otlarına qarşı tətbiq olunur.
Üstünlükləri
2-4 D turşusu bitkilərdə biosintezi və etilen istehsalını artıran, nəzarətsiz hüceyrə bölünməsinə səbəb olan, bununla da damar toxumasını zədələyən selektiv və sistemli herbisiddir. Sintetik auksindir.
Təhlükəsizlik qaydaları
Məhsulu tətbiq edərkən maskadan istifadə edin. Məhsulun etiketindəki məlumatları oxumaq lazımdır. Evdə istifadə etməyin, uşaqlardan, qida və heyvan yemlərindən uzaqda saxlayın. Dərmanlama zamanı heçnə yeməyin, içməyin və siqaret çəkməyin.
Video