Pambıq əkini sezonuna çox az qaldı. Pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyin ən vacib şərtlərindən biri isə xəstəlik və yabanı otlarla düzgün mübarizə üsullarını tapmaqdır.

gubre.az hər zaman olduğu kimi bu məsələdə də fermerlərimizin yanındadır. Bu yazıda pambıqçılıqda zərərli orqanizm və yabanı otlarla mübarizə qaydaları və ən yaxşı üsullar barədə danışacağıq.

Trips və mənənə ilə mübarizə üsulları - dərmanların istifadə qaydası

Pambıq sahələrində ən çox görülən zərərli orqanizmlərdən olan trips və pambıq mənənəsinə qarşı hektar başına 400 qram 20%-lik “Acetamiprid”  tərkibli “Massplant Forte” dərmanından istifadə etmək tövsiyə edilir. Zərərverici pambıq yarpaqlarında ciddi həddə çatdığı (bitkidə 20-25 ədəd) zaman dərmanlama edilməlidir. Xəstəliyi önləmə məqsədi ilə dərman istifadə edilməsi tövsiyə edilmir.

Tor gənəciyinin qarşısı necə alınır?

Tor gənəciyi ilə mübarizədə hektar başına 500 milli litr “Abamectin” tərkibli “Acente” və ya hektara 500 qram “Etaxazole” tərkibli “Redrum” dərmanından istifadə edilə bilər. Hər ikisi 200 litr suya əlavə edilib, qarışdırılmalıdır.

Pambıq sovkasının dərmanları

Pambıq sovkasına qarşı ya hektara 400-600 qram “Emamektin benzoat” tərkibli “Raneb 5G”, ya 450 milli litr “İndoxacarb” tərkibli “Venison”, ya hektara 2000 milli litr “Lamda Chyhalothrin” tərkibli “Kavancha”, ya hektara 200 qram “Chlorantraniliprole” tərkibli preparat, ya da 2000 milli litr “Alpha Cyphermetrin” tərkibli “Devisa” dərmanından istifadə edə bilərsiniz.

Pambıqçılıqda liqusla mübarizə

Liqusa qarşı “Dimethoat” tərkibli dərman preparatından 1 hektar üçün 200 litr suya 1 litr dərman qarışdırılaraq çilənməlidir. Bu, vegetasiya müddətində zərərvericinin gəlişindən asılı olaraq, təkrarlana bilər.

Salamaleykum, topalaq, ala qanqal, kalış - dərmanlar və istifadəsi

Azərbaycanda pambıqçılıq sahəsində ən çox yayılmış zərərli yabanı otlara Salamaleykum alağı (Topalaq), Ala qanqal, Yabanı vələmir, Kalış və s. aid etmək olar. Bu yabanı otlarla mübarizədə “Gliphosate izopropilamin” tərkibli “Sunforce 48 SL”, “Quizalafob-p-Ethyl” tərkibli “Lena Elf Super 5 EG”, “Pendimethalin” tərkibli “Sunstar 330 EC”, “Metalchlor və Benaxacor” tərkibli “Absheron EC” preparatlarından istifadə edə bilərsiniz.

“Gliphosate izopropilamin” tərkibli “Sunforce 48 SL” preparatı həm birləpəli, həm də ikiləpəli yabanı otlara qarşı mübarizədə effektivdir.

Pambıqçılıqda birləpəli alaq otları ilə mübarizə qaydaları

Pambıqda birləpəli alaqlara qarşı (kalış) mübarizədə hektar başına 1 litr olmaqla “Quizalafob-p-Ethyl” tərkibli “Lena Elf Super 5 EG” herbsidindən də istifadə etmək olar. Bu dərman selektiv herbisid olduğu üçün yabanı otlara, xüsuilə də Kalış və digər birləpəli alaqlara qarşı mübarizədə sahədə görüldüyü istənilən dövrdə istifadə edilə bilər. Herbisid alaqların 15-25 sm olduğu dövrdə daha yaxşı nəticə verir. Dərman hektara 200-300 litr su norması ilə çilənməlidir.

Toxum səpinindən dərhal sonra isə hektara 300-400 litr “Pendimethalin” tərkibli “Sunstar 330 EC” tətbiq edilməsi tövsiyə olunur.

“Metalchlor və Benaxacor” tərkibli “Absheron EC” preparatı hektara 1500 milli litr olmaqla, suya qatılaraq tətbiq edilir.

“Clethodim” tərkibli “Kurnaz EC” dərmanının əkin sahəsinə hektar başına 750 milli litr ölçüdə tətbiq edilməsi tövsiyə edilir.

Torpaq herbisidləriinin əkin prosesindən əvvəl torpağa mala arası qarışdırılaraq istifadə edilməsi tövsiyə edilir. İstifadə ediləcək su norması torpağın nəmliyindən asılı olaraq 300-500 litr olmalıdır.

Pambıqçılıqda lazımlı dərmanların satışı

Bütün bu bitki dərmanlarını əldə etmək üçün Azərbaycanın 200-dən çox nöqtəsində yerləşən gubre.az satış mərkəzlərinə yaxınlaşa və ya sayt üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon