Amin Turşu Əsaslı Gübrələr: Faydaları və Üstünlükləri
Amin turşuları bütün canlılar aləmi üçün həyati əhəmiyyət daşıyan maddələr sırasında yer alır. Təbii və üzvi maddə olaraq tanınan amin turşusu canlılar üçün enerji mənbəyi rolu oynayır.
Amin turşusu nədir?
Amin turşularının tərkibi azot, oksigen, hidrogen və karbondan ibarətdir. Amin turşusu canlı orqanizmə daxil olduqdan sonra maddələr mübadiləsinin sürətlənməsini təmin edir, orqanizmin enerji səviyyəsini artırır və proseslərin aktivliyini sürətləndirir. Bir növ aktivləşdirici katalizator rolu oynayan amin turşuları təsərrüfatlarda müxtəlif bitkilərin yetişdirilməsi zamanı da tətbiq olunur. Bunun üçün fermerlər amin turşu əsaslı gübrələrdən
Amin turşularının adları və bitkilər üçün faydaları:
- L-Asparticacid: Cücərməni stimullaşdırır
- L-Glutamicacid: Böyüməni sürətləndirir
- L-Arginine: Cücərməni stimullaşdırır və soyuğa qarşı müqaviməti artırır
- L-Cystine: Xlorofilin əmələ gəlməsini təmin edir
- L-Histidine: Soyuğa qarşı müqaviməti artırır
- L-Alanine: Xlorofilin əmələ gəlməsini təmin edir
- L-Lysine: Xlorofilin əmələ gəlməsini təmin edir, qida qəbulunu tənzimləyir və zülal mübadiləsini stimullaşdırır
- L-Methionine: Meyvə əmələ gəlməsini təmin edir, qida qəbulunu tənzimləyir, zülal mübadiləsini stimullaşdırır və kök inkişafını artırır
- L-Proline: Bitkini stresdən qoruyur
- L-Serine: Böyümə hormonlarını stimullaşdırır
- L-Theronine: Böyüməni sürətləndirir
- L-Tryptophan: Böyümə hormonlarını stimullaşdırır
- L-Valine: Böyümə hormonlarını stimullaşdırır
Amin turşusu əsaslı gübrə nədir?
Amin turşusu gübrəsi tərkibində yüksək faizli üzvi maddələr, humik fulvik turşusu və azot ehtiva edən bitki mənşəli məhluldur. Adətən maye və ya toz şəklində qablaşdırılır. Bitki orqanizmində hüceyrələrin amin turşularını daha sürətli udmasına şərait yaradır. Bitki inkişafına olduqca müsbət təsir göstərsə də, vacib bir nüansı diqqətdə saxlamaq lazımdır. Belə ki amin turşusu gübrələrini tək qida mənbəyi kimi istifadə etmək olmaz. Amin turşusu gübrəsini tətbiq edərkən bitki üçün digər qida maddələrini və qulluq vasitələrini istifadə etməsəniz nəticələr bir o qədər də xoş olmaya bilər. Bitkilərin müxtəlif hissələrinin sağlam inkişafı üçün fərqli qida maddələrindən istifadə olunur. Məsələn, fosfor və sink kök sisteminin formalaşmasında, kalsium toxum əmələgəlməsində, azot xlorofil istehsalında mühüm rol oynayır.
Digər gübrə növləri olan: Azot, Fosfor və Kaliumlu gübrələr haqqında məlumat əldə edin.
Amin turşusu gübrəsinin bitkilər üçün faydaları
Amin turşusu gübrəsi bitkilərin sağlam və sürətli böyüməsini stimullaşdırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaq üçün istifadə olunan kənd təsərrüfatı məhsuludur. Amin turşusu gübrəsi bitkinin hidrogen, oksigen, karbon və azot ehtiyacını qarşılayır. Bitki inkişafı üçün zəruri olan bu birləşmələr bitkinin sağlam və sürətli böyüməsini təmin edir. Xüsusilə bitkinin aktiv böyümə dövründə tətbiq olunması məqsəduyğundur. Tərkibində üzvi maddələrin səviyyəsinin yüksək olması sayəsində torpağı zənginləşdirir və torpaqda bitki köklərinin yayılmasını təmin edir.
Amin turşusu bitkidə xlorofil istehsalını artırır ki, bunun sayəsində fotosintez prosesi stimullaşır və bitki daha səmərəli qidalanır. Amin turşusu gübrəsi, həmçinin bitkilərdə zülal istehsalını, hormon balansını və stimullaşdırıcı maddələri tənzimləyir. Böyümə və inkişaf hormonlarını aktivləşdirən amin turşusu gübrəsi bitkilərin sağlam böyüməsini təmin edir.
Amin turşusu əsaslı gübrələr aşağı rütubət səviyyəsi, yüksək temperatur şəraiti, şaxta, sel kimi qaçınılmaz təbii fəlakətlər nəticəsində bitkidə yaranan stresə qarşı davamlılığı, ümumilikdə bitkinin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır.
Amin turşusu əsaslı gübrələrin növləri
Amin turşusu gübrələrinin aşağıdakı növləri var:
- Heyvan əsaslı
- Soya əsaslı
- Maya əsaslı
- Xüsusi reseptlə
Heyvan əsaslı amin turşusu gübrəsi
Heyvan mənşəli amin turşusundan istehsal olunan gübrə növləri ən aktiv amin turşularından biridir. Ancaq bu gübrə növünü tətbiq edərkən ehtiyac olan miqdarı aşmamaq tövsiyə olunur. Çünki bitki orqanizmini həddindən çox aktiv hala gətirmək bitki üçün yorucu və əziyyətli ola bilər. Həyat tsikli davamlı olaraq sürətlənən bitki hüceyrələri daha tez qocalır və nəticədə bitkinin ömrünü qısalda bilər. Bu problemlərin qarşısını almaq üçün tövsiyə olunan miqdarı aşmamaq vacibdir.
Soya əsaslı amin turşusu gübrəsi
Soyadan alınan amin turşusu gübrəsi yüksək miqdarda xlor ehtiva edir. Kənd təsərrüfatı fəaliyyətlərində geniş şəkildə istifadə edilən soya əsaslı amin turşusu gübrələri düzgün miqdarda tətbiq edilmədikdə bitkiyə zərər verə bilər. Tərkibində xlor səviyyəsinin yüksək olması problem yaradarsa, xlor miqdarı azaldılmış gübrələrə üstünlük verə bilərsiniz.
Maya əsaslı amin turşusu gübrəsi
Mayadan alınan amin turşularının əsas mənbəyi çörək mayasıdır. Təbii olması sayəsində bitkilər üçün çox faydalıdır. Eyni zamanda qiymətlərinin digərlərindən yüksək olması ilə fərqlənir.
Xüsusi reseptlə hazırlanan amin turşusu gübrəsi
Xüsusi resept əsaslı amin turşusu gübrələri bitkinin ehtiyac duyduğu birləşmələrə uyğun hazırlanır.
Amin turşusu gübrələrinin tətbiqi
Torpağın tərkibini təbii maddələrlə zənginləşdirən və bitki inkişafında mühüm rol oynayan amin turşusu gübrələri yarpaqlara, köklərə və ya torpağa tətbiq oluna bilər. Bütün suvarma sistemləri vasitəsilə istifadəsi mümkündür. Amin turşusu gübrələri bitki qidalanma proqramlarının bir hissəsi olaraq digər bitki qida vasitələri ilə birlikdə istifadə olunur. Hər bir bitkiyə uyğun istifadə miqdarı və tətbiq forması fərqli olduğuna görə, gübrənin istifadə təlimatlarına əməl etmək mütləqdir. Həmçinin istifadə olunacaq gübrələrin növləri və miqdarı mütəxəssislərin məsləhəti və yerli kənd təsərrüfatı üsulları nəzərə alınmaqla müəyyən edilməlidir.
Amin turşusu gübrələrinin torpaqdan tətbiqi
Amin turşusu gübrələrinin torpaqdan tətbiqi zamanı gübrə bitki köklərinin ətrafına verilir. Gübrə torpağa qarışdırılır və ya suvarma suyu ilə birgə bitkilərə verməklə həyata keçirilir. Torpaqdan tətbiq 21 gün fasilə ilə həyata keçirilir. Tətbiq zamanı gübrənin düzgün miqdarda və kök ətrafına bərabər şəkildə paylanmasına diqqət yetirilməlidir.
Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.
Amin turşusu gübrələrinin yarpaqdan tətbiqi
Amin turşusu əsaslı gübrələr yarpaqlardan tətbiq zamanı məhlul yarpaqlara püskürdülür və ya çilənir. Yarpaqdan tətbiq 7 gün fasilə ilə həyata keçirilir. Gübrənin yarpaqlarda qalmasını təmin etmək üçün çiləmə günün sərin saatlarında və günəş işığına az məruz qalındığı vaxtda aparılmalıdır.
Təcrübəyə əsasən deyə bilərik ki, amin turşusu gübrəsinin torpaqdan verilməsi daha effektiv nəticə verə bilər.
Amin turşusu gübrələrinin tətbiq zamanı
Amin turşusu gübrələrini zəruri olan vaxtda tətbiq etmək vacibdir. Bitkinin aktiv böyümə, çiçəkləmə və ya meyvə vermə dövründə, həmçinin çiçəkləmə və ya meyvə əmələgəlmə zəiflədikdə gübrələmək effektiv olacaqdır.
Amin turşusu gübrələrinin qarışdırılması
Amin turşusu əsaslı gübrələr digər bitki bəsləmə vasitələri ilə birlikdə tətbiq oluna bilər. Amin turşusu əsaslı gübrələrlə yanaşı, bitkilərin ehtiyac duyduğu digər makro və mikroelementlərin yer aldığı müvafiq gübrələmə proqramı yaradılmalıdır. Gübrələmə proqramı hazırlanarkən aqronom dəstəyindən yararlanmaq, torpaq analizlərini həyata keçirmək məqsədəuyğundur. Unutmayın ki, istənilən növ gübrə və pestisidlərin həddindən çox və ya az tətbiqi məhsuldarlığı azaltmaqla yanaşı, bütövlükdə ətraf mühitə və insan sağlamlığına da mənfi təsir göstərir.
Amin turşusu gübrələri hansı bitkilərə tətbiq olunur?
Amin turşusu əsaslı gübrələr dənli bitkilər, texniki bitkilər, meyvə, tərəvəz və demək olar ki, digər bütün bitkilərin yetişdirilməsi zamanı tətbiq olunur.
Dənli bitkilər və texniki bitkilər haqqında daha çox məlumat əldə edin.
Amin turşusu gübrələrinin satışı
Mütəxəssislər təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün amin turşusu gübrələrinin tətbiqini tövsiyə edir. Faydalı cəhətlərinin çox olması ilə yanaşı, sahələrə tətbiq ediləcək amin turşusu gübrələrin çeşidlərinin keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli azot gübrə çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.
Amin turşusu gübrələrinin qiyməti
gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan amin turşusu əsaslı gübrələr və amin turşusu əsaslı gübrələrin qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.
Məhsulunuz bol olsun!